Modern.az

Qərbi Avropanın ən böyük məscidi yanıb

Qərbi Avropanın ən böyük məscidi yanıb

27 Sentyabr 2015, 01:10

Londonun ətrafında yerləşən Qərbi Avropanın ən böyük “Beytül-Fütuh” məscidi yanıb. Modern.az  xəbər verir ki, hadisə yerinə 70 yanğınsöndürmə briqadası cəlb edilib.

Şahidlərin sözlərinə görə, yanğın qısa zamanda məscidin birinci mərtəbəsini və bitişik tikilini tamamilə əhatə edib.  

Məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Onun dəm qazından zəhərləndiyi bildirilir.  

 Londonun Mordene rayonunda yerləşən “Beytül-Fütuh” məscidinin ümumi sahəsi 21 min kv.m təşkil edir və eyni vaxtda 10 min dindar qəbul edə bilər. Məscidin 4 il davam edən (1999-2003 –cü illər ) tikintisinə 5,5 mln funt sterlinq sərf edilib. Minarələrin hündürlüyü müvafiq olaraq 35 və 25,5 metrdir. (APA) 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir