Modern.az

Trampın yeni mətbuat katibi vəzifəsindən qovula bilər

Trampın yeni mətbuat katibi vəzifəsindən qovula bilər

Dünya

Bu gün, 13:01

Ağ Evdə çalışan bir neçə rəsmi şəxs Keti Zaxariyanın mətbuat katibi vəzifəsində qala biləcəyini şübhə altına alıb. Onların fikrincə, Zaxariyanın fəaliyyəti ABŞ Prezidenti Donald Trampı qane etməyə bilər.

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşrin yazdığına görə, bir neçə müşavir və Ağ Ev rəsmisi Keti Zaxariyanın ilk brifinqini mənfi qiymətləndirib. Təxminən 15 dəqiqə davam edən brifinqin böyük hissəsi onun giriş nitqinə həsr olunub. Həmin çıxışda Zaxariya Trampın nailiyyətlərini tərifləyib.

O, yalnız üç jurnalistə sual vermək imkanı yaradıb, bundan sonra brifinq başa çatıb.

Sizə yeni x var
Keçid et
İranla Türkiyədən Bakıya eyni anda hücum - ŞOK XƏBƏRDARLIQ!