Modern.az

Zelenski Maskdan bunu istədi

Zelenski Maskdan bunu istədi

Dünya

Bu gün, 22:24

Ukrayna Prezidenti Volodimir Zelenski İlon Maskı ölkə ərazisində Starlink peyk internet sisteminin fəaliyyətini bərpa etməyə çağırıb.

Modern.az xəbər verir ki, Zelenski Londonda Böyük Britaniya rəhbərliyi ilə görüşü zamanı Ukraynanın Starlinkə çıxışında yaranan çətinliklərdən danışıb.

“Bu, böyük səhvdir. Bu, çoxsaylı insan tələfatına səbəb olacaq. Buna görə də İlon Maska müraciətim ondan ibarətdir ki, bunun sadəcə bir səhv olduğuna çox ümid edirəm. Bəlkə də hansısa ciddi texniki problemdir, bilmirəm. Lakin biz sistemin fəaliyyətinin bərpa olunmasını xahiş edirik. Düşünürəm ki, bu, ədalətli və tərəfdaşlığa uyğun addım olardı”, – Zelenski bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir