ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) qurumun rəhbəri Keş Patelin Rusiyaya gəlməsi barədə məlumatı təkzib edib.
Modern.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında məlumat verilib.
““MS NOW” telekanalının məlumatına görə, iki mənbə Keş Patelin indicə Rusiyaya uçduğunu bildirib. Keş Patel əslində buradadır. O, Virciniya ştatındakı Liberti Universitetində hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür tədbirində iştirak edir. “MS NOW”un mənbələri heç nədən xəbərdar deyil!”, - məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl “MS NOW” telekanalı öz mənbələrinə istinadən Patelin danışıqlarda iştirak etmək üçün Rusiyaya getdiyini iddia etmişdi.
***
09:32
ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel Rusiyaya səfər edib.
Modern.az xəbər verir ki, Patelin Moskva və Sankt-Peterburqa səfərləri planlaşdırılır. Bu, FTB direktorunun 2013-cü ildən bəri Rusiyaya ilk səfəridir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl jurnalistlərə bildirib ki, Patelin Moskvaya mümkün səfəri ilə bağlı mediada yayılan məlumatlarla bağlı heç bir deyəcək sözü yoxdur, çünki bu cür səfərlər heç vaxt elan edilmir.