Modern.az

Kiyevə hücum: azərbaycanlı ailənin evi dağıdıldı – FOTO

Kiyevə hücum: azərbaycanlı ailənin evi dağıdıldı – FOTO

Dünya

14 Oktyabr 2026, 23:17

Rusiya ordusunun oktyabrın 14-də Ukraynanın paytaxtı Kiyevə hava hücumu zamanı bir azərbaycanlı ailənin də mənzili ziyan görüb.

Modern.az “Report”a istinadən xəbər verir ki, Desnyanski rayonunda Beydullayevlərə məxsus mənzil dağıntılara məruz qalıb.

Belə ki, ballistik raket binanın yanına düşüb. Zərbələr zamanı ailənin oğlu Ismixan Beydullayev evdə olub. Xoşbəxtlikdən onun həyatı təhlükəsizlikdədir.

Ümumilikdə Kiyevdə ölənlərin sayı 5, yaralananların sayı 20 nəfərə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir