Modern.az

Şəhidin son MƏKTUBU...

Şəhidin son MƏKTUBU...

Ölkə

10 Aprel 2016, 08:12

Canım anam, bu sənə son məktubumdu...Bu gün içimdə bir hiss vardı, Qarabağ bizi cağırır. Bu hisslə yatdım və yuxuda mələklər şəhid olacağım müjdəsini verdilər. Göy üzündən üzərimə milyonlarla ulduz tökülürdü. Mən çiçək ətirli bir bağçada çox xoşbəxt idim. Röyadan ara-sıra gələn atəş səslərinə ayıldım. Qalxdım və qaranlıqda göy üzünü seyr etdim. Eyni yuxudakı kimi,  ulduzlar sanki üzərimə yağacaqdı.

Ah anam, bir düşün. Üçrəngli o gözəl bayrağım heç enərmi, əziz Vətənimin torpağı bölünərmi?

Anam, gecənin sakitliyində Vətən torpağının ətrini içimə çəkirəm, çox xoşbəxtəm. Mən zirvəyə doğru gedəcəyimi hiss edirəm! Sən də xoşbəxt ol, üzülmə, arxamca ağlama. Hiss edirəm bir daha görüşməyəcəyik. Mən şəhid olacam, sənsə şəhid anası.

Bax, üzülmə. Dünyaya bir daha gəlsəm, yenə torpağım üçün şəhid olaram. Üzülmə, çünkü mən ölmürəm, şəhid oluram. Şəhidlər ölməz demədilərmi? Nə zaman məni istəsən, qoxumu duysan,  dalğalanan bayragımıza bax, torpağa sarıl! Amma ağlama! Vətən üçün ölümə qurban, Vətən üçün bu canın nə dəyəri?

Canım anam! Mən şəhid olacağam, amma hər sabah günəş çıxdığında yenidən doğacağam! Mən cənnətdə olacağam, sənin cənnətində, Vətənin cənnətində! Sən haqqını mənə, məni də torpağa halal et!

Vaxt çatdı anam,  mən şəhidliyə ucalıram! Sənə şəhid anası adını bəxş edərək gedirəm... Uğrunda canımı fəda edəcəyim torpağıma qovuşuram. Əlvida Anam!  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı