Modern.az

Şəhid ailələrinin statusuna yenidən baxılacaq

Şəhid ailələrinin statusuna yenidən baxılacaq

Ölkə

14 Aprel 2016, 10:06


“Aprelin 1-dən 5-ə kimi Qarabağ cəbhəsində torpaqların azad edilməsi  uğrunda şəhid olan insanlarımızla bağlı komitəmizdə müzakirələr aparılacaq. Yəqin ki, onların ailələri və uşaqlarına xüsusi imtiyazların və statusların verilməsi məsələsi də gündəmdə olacaq. Bu barədə yaxın vaxtlarda komitədə məsələ qaldırılacaq”.

Bu barədə Modern.az saytına açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, ölkə prezidenti də şəhidlərin statusu haqqında qərar verəcək:

“Hesab edirəm ki, bu yaxınlarda dövlət başçısı da bu məsələ ilə bağlı öz fikrini söyləyəcək və qərarını bildirəcək”.

“Bu gün şəhidlərimizin təntənə ilə dəfn olunması bizim kökümüzdən gələn vətən sevgisini sübutudur. İnsanlarda intizam və coşğunluq var”-deyə Aqiyə Naxçıvanlı bildirib.

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı