Modern.az

Bakıda mer seçkiləri keçiriləcək?

Bakıda mer seçkiləri keçiriləcək?

Ölkə

10 Noyabr 2009, 14:18

Modern.az xəbər verir ki, Milli Məclisin regional məsələlər daimi komitəsinin sədri Arif Rəhimzadə jurnalistlərə açıqlamasında Bakı şəhər bələdiyyəsini yaradılması və bələdiyyə meri seçkisinin keçirilməsi məsələsinə münasibət bildirərkən tələsməməyi məsləhət bilib.
A.Rəhimzadənin fikrincə, bunun üçün təcrübə toplamaq lazımdır: “Böyük bələdiyyənin yaradılması və mer seçkisinin keçirilməsi ilə bağlı bir çox problem var. Misal üçün, Bakı həddindən artıq qarışıq şəhərdir. Həmçinin onun dövlət əmlakı məsələsi də var. Paytaxtda dövlət torpaqları ilə bələdiyyə torpaqlarının bölünməsi başa çatmayıb. Bu prosesi yekunlaşdırmaq vaxt tələb edir”.
Komitə sədri etiraf edib ki, Avropa Şurasına daxil olan ölkələr arasında yalnız Azərbaycan paytaxtında böyük bələdiyyənin yaradılmaması respublikamızın nüfuzuna kölgə salır: "Amma biz bu işə gedəcəyik. Mer seçkisinin nə vaxt keçiriləcəyini isə deyə bilmərəm”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?