Modern.az

Həmin davaya görə heç kim universitetdən qovulmayıb

Həmin davaya görə heç kim universitetdən qovulmayıb

Ölkə

Bu gün, 20:02

Qarabağ Universiteti tələbələr arasında baş verən dava ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Universitetdən Modern.az-a verilən məlumatda qeyd olunub ki, Qarabağ Universitetinin tələbələri arasında baş verən mübahisə təhsil müəssisəsindən kənarda baş verib:

"Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib. Sözügedən məsələ ilə əlaqədar heç bir tələbə Qarabağ Universitetindən qovulmayıb.

Media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiq və obyektiv təqdim edilməsi üçün universitetin mətbuat xidmətinə müraciət edərək dəqiqləşdirilməsi xahiş olunur".

***

17:52

Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşıblar. 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, hadisə universitetinin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında baş verib.

Təbriz Muradov (ad və soyad şərtidir) universitetdə təhsil alan Sevda (ad şərtidir) adlı qızla dostluq münasibəti qurmaq istəyib. Lakin tələbə yoldaşı Sadiqin (ad şərtidir) həmin qızla yaxın münasibət yaratması gənclər arasında davaya səbəb olub. 

Faktla bağlı cinayət işi açılıb, istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə müəyyən olunub ki, Təbriz Sadiqin Sevda ilə yaxınlıq etməsinə əsəbiləşib, məsələni aydınlaşdırmaq üçün Sadiqi Xankəndidə yerləşən “Al market”in yaxınlığındakı körpünün yanına söhbətə çağırıb. Görüş zamanı Təbriz Sadiqin sifətinə yumruq vurub. 

Təbriz ifadəsində bildirib ki, hadisədən sonra Sadiq tələbə yoldaşlarının yanına gedərək Təbrizin onu döydüyünü və digər tələbə yoldaşlarını da təhqir etdiyini deyib. Bundan sonra tərəflər məsələni yenidən aydınlaşdırmaq üçün bu dəfə Xankəndidə fəaliyyət göstərən “Həkəri” restoranında görüşüblər. 

Sadiq ifadəsində bildirib ki, “Həkəri” restoranında yenidən görüşəndə Təbriz digər tələbə yoldaşlarının yanında onun ünvanına nalayiq ifadələr işlədib, onu nüfuzdan salmağa çalışıb.  

Təbriz bu ittihamları qəbul etməyib. O, restoranda heç kimi təhqir etmədiyini, görüşün yalnız kimin doğru danışdığını müəyyənləşdirmək məqsədi daşıdığını bildirib. Təbriz baş verənlərdən peşman olduğunu desə də, özünü təqsirli hesab etməyib.

Hazırda Qarabağ Universitetindən xaric olunduğunu bildirən Sadiq Təbrizi bağışlamadığını və onunla barışmaq istəmədiyini vurğulayıb. 

O, məhkəmədən Təbrizin inzibati qaydada həbs edilməsini istəyib.

Məhkəmə Təbrizi İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.1-ci (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 350 manat məbləğində cərimə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı