Modern.az

Deputat Fərhad Qəribov: “İtmiş mühasib iki il idi o zavodda işləmirdi”

Deputat Fərhad Qəribov: “İtmiş mühasib iki il idi o zavodda işləmirdi”

Ölkə

12 Aprel 2011, 11:18

Kürdəmir rayonunda tikilən şirə zavodunun mühasibi Nadir Mehdiyev aprelin 7-dən yoxa çıxıb. Bu haqda “Yeni Müsavat” qəzeti məlumat yayıb.

Məlumatda Nadir Mehdiyevin Fərhad Qəribova məxsus zavodun mühasibi olduğu qeyd eilir.

Modern.az saytına açıqlamasında isə deputat bildirib ki, ona məxsus heç bir zavod yoxdur: “Mən deputatlıq işimlə məşğulam. O zavod mənim yaxınlarıma məxsusdur. O ki qaldı mühasiblə bağlı məsələyə, dəqiq bilirəm ki, Nadir Mehdiyev iki ildir ki, həmin müəssisədə işləmir”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı