Modern.az

Ərdoğan Azərbaycanı təbrik etdi

Ərdoğan Azərbaycanı təbrik etdi

Ölkə

Bu gün, 14:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib.

Modern.az xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb.

"Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir daha də sizlərin hüzurunda təbrik edirəm. Həmçinin Dövlət Bayrağı Günü münasibətilə can Azərbaycanı təbrik edirəm. Keçən il Zəfər Gününün 5-ci ildönümü çərçivəsində Bakıda təşkil olunan hərbi keçid mərasiminə də qatılmışdıq. İndi də Şuşada Azərbaycanla həmrəyliyimizi bir daha nümayiş etdirmiş olduq. Birlik və bərabərlik mesajlarımızı ən güclü şəkildə verdik. Xocalı Soyqırımı şəhidlərimizi rəhmətlə andıq, Xankəndini ziyarət etdik. Qəhrəmanlarımızın ruhunu inşallah şad elədik", - Ərdoğan qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!