Modern.az

AMİP sədri: “17 aprel mitinqinin dəqiq keçirilmə yeri sabah məlum olacaq”

AMİP sədri: “17 aprel mitinqinin dəqiq keçirilmə yeri sabah məlum olacaq”

Ölkə

14 Aprel 2011, 13:16

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə Modern.az saytına açıqlamasında bildirib ki, İctimai Palatanın aprelin 17-də keçirməyi planlaşdırdığı mitinqin dəqiq yeri ilə bağlı sabah qurumun  Koordinasiya Şurasının iclasında qərar qəbul ediləcək. Onun sözlərinə görə, mitinqin təxirə salınmasından söhbət gedə bilməz:

“Mitinqin təxirə salınmasından söhbət belə gedə bilməz. İctimai Palatada belə bir mövzu yoxdur. Bizim ənənəvi olaraq cümə günü Koordinasiya Şurasının iclası keçiriləcək və orada Bakı Şəhər İcra Hakimiyyətinin sabah verəcəyi qərar müzakirə olunacaq. Ondan sonra biz də öz qərarımızı verəcəyik”-deyə qeyd edən Y.Bağırzadə bildirib ki, ola bilsin ki, Bakı meriasının verərcəyi hər hansı qərarı məqbul bilib icazəli mitinqə gedilsin.

Anar Rüstəmov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı