Modern.az

Əli Kərimli Zakir Qaralova cavab verdi

Əli Kərimli Zakir Qaralova cavab verdi

Ölkə

15 Aprel 2011, 15:46

AXCP sədri Əli Kərimli Baş prokuror Zakir Qaralovun ona yönəlik ittihamlarına münasibət bildirib. Modern.az “Yeni Müsavat”a istinadən bildirir ki, Əli Kərimli ölkənin baş prokuroru postunda əyləşən şəxsin hüquqi baxımdan doğru olmayan fikirlər səsləndirməsindən təəssüfləndiyini bidirib.

“Mən həm də bir hüquqşünas kimi buna təəssüflənirəm. Görün, ölkə hansı günə qalıb ki, ölkənin Baş prokuroru belə qeyri-ciddi siyasi bəyanatlar verir. Bu cür bəyanat Baş prokurora yaraşan bəyanat deyil. Zakir Qaralov heç bir fakt olmadan o fikirləri səsləndirib. Mən heç vaxt, heç yerdə zorakılığa çağırışlar etməmişəm. Mən siyasi fəaliyyətlə məşğulam. Fəaliyyətim açıqdır, bütün çıxışlarım mətbuatda saxlanılır. Mən hər zaman dinc, demokratik mübarizənin tərəfdarı olmuşam. Bircə dənə də olsun fakt yoxdur ki, mənim zorakılığa çağırışım olsun. Nəinki mənim, ümumiyyətlə, təmsil olunduğum demokratik düşərgədə heç kəsin belə çağırışları yoxdur. Biz Azərbaycanın demokratik inkişafı üçün çalışırıq. Hər bir insanın bu ölkədə azad yaşaya bilməsi üçün çalışırıq. Azərbaycanda köklü islahatların həyata keçirilməsinə nail olmaq istəyirik. Bu çalışmalarımız isə dinc, demokratik üsullarladır. Çox təəssüf ki, Azərbaycan hökumətini təmsil eləyənlər qeyri-adekvat və qeyri-ciddi yolla bizimlə mübarizə aparırlar”-deyə AXCP sədri vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı