Modern.az

Məzunlara veriləcək qızıl və gümüş medalların təsviri məlum oldu (FOTOLAR)

Məzunlara veriləcək qızıl və gümüş medalların təsviri məlum oldu (FOTOLAR)

Ölkə

16 Aprel 2011, 12:52

Nazirlər Kabineti "Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri"nin təsdiq edilməsi haqqında qərar verib. 

Baş nazir Artur Rasizadənin imzaladığı qərarda Təhsil və Maliyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

"Təhsildə xüsusi nailiyyətlərə görə" qızıl və gümüş medalların təsviri

- Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş medallar diametri 40 mm, qalınlığı 3 mm olan lövhə şəklində hazırlanacaq.

- Medalların üz tərəfində Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən yuxarıda "Azərbaycan Respublikası" sözləri simmetrik yerləşdirilməklə həkk olunacaq.

- Medalların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində "Təhsildə xüsusi nailiyyətlərə görə" sözləri həkk edilir. Bütün yazılar və təsvirlər qabarıqdır.

- Qızıl medalın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL MEDAL, gümüş medalın yan səthində GÜMÜŞ MEDAL sözləri nəqş olunur.

- Medallar bürünc metaldan hazırlanır. Qızıl medalın səthinə qızıl, gümüş medalın səthinə gümüş suyu çəkilir.

- Medallar qırmızı rəngli plastik qutulara qablaşdırılır.

Təhsildə xüsusi nailiyyətlərə görə qızıl medalın təsviri:



Təhsildə xüsusi nailiyyətlərə görə gümüş medalın təsviri:



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı