Modern.az

Gəncənin icra başçısı camaata qoşulub ağac əkdi (FOTO)

Gəncənin icra başçısı camaata qoşulub ağac əkdi (FOTO)

Ölkə

16 Aprel 2011, 16:26

Gəncənin Heydər Əliyev parkında kütləvi ağacəkmə kampaniyası keçirilib. Kampaniyaya idarə və müəssisə kollektivləri ilə birgə şəhər sakinləri də qatılıb. Ağacəkmə kampaniyası çərçivəsində parkın bir neçə hektar boş hissəsi tullantılardan təmizlənib və ağac əkilib.

Səhər saatlarından başlayaraq Heydər Əliyev parkında şəhər İcra Hakimiyyətinin başcısı Elmar Vəliyevin iştirakı ilə təhsil, səhiyyə  və digər müəssisələr tərəfindən şam və kiparis ağacları əkilib. 356 hektar sahəsi olan Heydər Əliyev parkının 8 hektar  ərazisində 7500 ağac əkilib, sabah isə daha 5000 ağacın əkilməsi planlaşdırılır. Heydər Əliyev parkı  meşə  xarakterli park olduğu üçün gələcəkdə bura müxtəlif növ ağacların  əkilməsi də nəzərdə tutulur.

Azərbaycan  Dövlət Aqrar universiteti də ümumşəhər iməciliyinə qatılıb. Universitetin tələbələri tədris-təcrübə sahəsində 1500-ə yaxın agac əkib. Tələbələr tərəfindən sahəyə tədrisdə istifadə olunan şam, çinar, küknar, akasiya və digər meşə ağacları əkilib.  Qeyd edək ki, Gəncə şəhərinin müxtəlif park və xiyabanlarında yeni ağacların əkilməsi və qurumuş ağacların yenisi ilə əvəz edilməsi işləri davam etdiriləcək.  

 

 

 



Xaliq Qurbanov
Gəncə
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı