Modern.az

Magistratura imtahanlarının 2-ci mərhələsinin vaxtı açıqlandı

Magistratura imtahanlarının 2-ci mərhələsinin vaxtı açıqlandı

Ölkə

19 Aprel 2011, 12:34

Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanlarının ikinci mərhələsinin keçirilmə tarixini elan edib. Modern.az saytı xəbər verir ki,  magistratura pilləsinə qəbul imtahanları 26 iyunda Bakı, Gəncə, Naxçıvan şəhərlərində keçiriləcək.

Qeyd edək ki, TQDK fevralın 20-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib. İmtahanlar respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəranda keçirilib. İmtahanda iştirak etmək üçün 16510 bakalavr sənəd vermişdi. Onlardan 14447 nəfəri Azərbaycan bölməsi, 2063 nəfəri rus bölməsi üzrə imtahan verib.

Ali məktəblərin magistratura pilləsinə keçirilmiş imtahanlarda 7740 bakalavr ikinci mərhələyə buraxılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı