Modern.az

Məleykə Abbaszadə: "...bir çox dırnaqarası “işgüzar insanlar” var ki..."

Məleykə Abbaszadə: "...bir çox dırnaqarası “işgüzar insanlar” var ki..."

Ölkə

19 Aprel 2011, 14:01

Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məlekə Abbaszadə korrupsiya ilə mübarizəyə dair bağlı jurnalistlərin suallarını cavablandırıb. Modern.az saytı xəbər verir ki, TQDK sədri bildirib ki, rəhbəri olduğu qurum korrrupsiya ilə və eləcə də digər neqativ halların aradan qaldırılması üçün yaradılıb.

“Biz bu istiqamətdə bir sıra mühum işlər görülüb və hal-hazırda da həmin sahədə çalışırıq.  Əəsasən elektron xidmətə keçid nəticəsində məmurla vətəndaş arasında olan zənciri qırmağa nail olmuşuq. Lakin bütün bunlara baxmayaraq bir çox dırnaqarası “işgüzar insanlar” var ki, onlar valideyinləri aldadaraq müəyyən vədlər verirlər”.
TQDK sədri valideyinlərə müraciət edərək bildirib ki, onlar komissiyanın materialları ilə tanış olsunlar: “Bizim dərc etdiyimiz jurnallarda olan məlumatları təhlil etdikdən sonra öz uşaqları üçün  seçim etsinlər. Valideynlər daha çox ixtisas seçimindən narazılığını bildirirlər. Bu zaman onlar seçim zamanı daha çox bal tələb edən ixtisasları seçirlər və pis nəticələrlə barışmaq məcburiyətində qalırlar”.

M.Abbaszadə TQDK-nın dərc etdiyi materialların saxta formada dərc edilməsinə  də münasibət bildirib. TQDK sədri bildirib ki, onlar dərc etdikləri materiallara görə müəlliflərə maaş verirlər və müəyyən müəllif hüquqlarına malikdir.
“Lakin bütün bunlara baxmayaraq, bəzi insanlar öz saxtakarlığından istifadə edərək, bizim test vəsaitlərimizi, jurnallarımızı plagiatlıq yoluyla çıxardırlar”.

TQDK sədri ucuz satılan vəsaitlərin almamasını tövsiyə edib.

Anar Rüstəmov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı