Modern.az

ADP sədri: “İnqilabı “kopyalamaq” cəhdi uğursuzdur...”

ADP sədri: “İnqilabı “kopyalamaq” cəhdi uğursuzdur...”

Ölkə

20 Aprel 2011, 11:15

“İcitimai Palatanın mitinq taktikası iflasa uğradı”. Bu barədə Modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu qurumun son aksiyalarına münasibətini açıqlayırkən deyib. S.Cəlaloğlunun sözlərinə görə, artıq hamıya aydın olub ki, əhəmiyytli nəticələr əldə olunması üçün müxalifətin bir yerdə olması vacibdir.

“Son proseslər göstərdi ki, Qərbin ölkədəki müxalifətə dəstəyi kifayət qədər olmayıb”-deyən ADP sədri vurğulayıb ki, mübarizənin səmərəliliyi müxalifətin yeni birliyindən aslıdır. O bunun bir neçə şərtin lazım olduğunu bildirib. ADP sədri proseslərdə beynəlxalq dəstəyin zəruri olduğunu qeyd edib. “Metyu Brayzanın son çıxışları bir daha təsdiq edir ki, ABŞ Azərbayanda inqilab tərəfdarı deyil”.

Təmsil olunduğu “Qarabağ” blokunun fərqli taktika yürütdüyünü deyən ADP sədri  bildirib ki, onlar elmi siyasət aparırlar.
“Azərbaycanda siyasətçilər spontan hərəkət edirlər. Addımı atırlar və sonra nə olacağını proqnozlaşdırmırlar. “Ərəb inqilablarının” səbəbələri bizim ölkə ilə oxşar olsa da Azərbaycan fərqli ictimai münasibətləri olan ölkədir. Bu inqilabı “kopyalamaq” cəhdi uğursuzdur. Məsələn, ərəb cəmiyyətləri əşirət-tayfa qəbilə münasibətələrinə əsaslanır. Əşirətin çıxardığı qərar hamı əməl etməlidir. Azərbayacnda isə belə sistem yoxdur. Bizim cəmiyyətin sosial ukladı tamam başqadır”-deyə S. Cəlaloğlu vurğulayıb.

ADP sədri müxalifət düşərgəsində hazırkı siyasi münasibətlrin yenidən formalaşmasının zəruri olduğunu bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı