Modern.az

Muğam televiziya müsabiqəsində 13 iştirakçı qalıb

Muğam televiziya müsabiqəsində 13 iştirakçı qalıb

Ölkə

20 Aprel 2011, 13:08

AzTV-də və “Mədəniyyət” kanalında canlı yayımlanan “Muğam televiziya müsabiqəsi 2011”  artıq 10-cu həftədir ki, davam edir.
Modern.az-ın məlumatına görə, fevralın 14-dən başlayaraq Beynəlxalq Muğam Mərkəzində keçirilən yarışmada 13 iştirakçı qalıb.
Təşkilatçıların verdiyi məlumata görə, müsabiqənin növbəti mərhələsi aprelin 21-də baş tutacaq. Müsabiqənin şərtlərinə uyğun olaraq ən az xal toplayan iştirakçı yarışmanı tərk edəcək.
“Muğam televiziya müsabiqəsi 2011” Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı