Modern.az

11 il axtarışda olan keçmiş idarə müdiri polisə təslim oldu

11 il axtarışda olan keçmiş idarə müdiri polisə təslim oldu

Ölkə

20 Aprel 2011, 15:52

11 il axtarışda olan təqsirləndirilən şəxs polisə təslim olub. Belə ki, Azərbaycan Cinayət Məcəlləsinin 93.8 maddəsilə dövlətlərarası axtarışda olan Gəncə sakini Abbasov Şahin Kamal oğlu Gəncə şəhər Polis İdarəsinə gələrək könüllü təslim olub. Gəncə şəhər Polis idarəsinin Cinayət axtarışı şöbəsinin rəisi Anar Əkbərov digər axtarışda olanlara da səslənərək könüllü təslim olacaqları təqdirdə cəzalarının yüngülləşdiriləcəyini bildirib.
Şahin Abbasov dövlət əmlakının mənimsənilməsində günahlandırılır.
Ş.Abbasovun deməyinə görə, o, elə Azərbaycanda gizlənirmiş. Polis İdarəsindən verilən məlumata görə, əməliiyat qrupu Ş.Abbasoun yaxınları ilə uzun danışıqlardan sonra o, polisə təslim olub. Ş.Abbasov əvvəllər yol istismar sahəsində müdir işləyib və həmin vaxtlar yol verdiyi qanun pozuntularına görə təqsrkar bilinir. İndiyə qədər polisə təslim olmamasından peşman olan Ş.Abbasov  digər axtarışda olanlara da könüllü olaraq polisə təslim olmağı məsləhət görüb.

Xaliq Qurbanov
Gəncə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı