Bu gündən başlayaraq aprel ayının 24-nə kimi respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Havanın tempratiru 5-10 dərəcə aşağı düşəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev Modern.az-a məlumat verib. Onun sözlərinə görə, aprel ayında respublika ərazisində temperaturun iqlim normasından aşağı, yağıntıların miqdarı isə iqlim normasından yüksək olması proqnozlaşdırılıb.
“Hazırda aprel ayı demək olar ki, verilən proqnoz çərcivəsində müşahidə olumaqdadır”.
A.Verdiyevin sözlərinə görə, bu gün axşamdan başlayaraq ayın 24-nə kimi respublikanın ərazisində qeyri sabit-hava şəraiti müşahidə olunacaq. Fasilələrlə yağış yağaçağı, bəzi yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək.
Ayın 21-22-də də şimal-qərb küləyi öz qüvvəsində qalacaq. Abşeron yarımadasının bəzi yerlərində küləyin sürəti arabir güclənəcək. Ayın 22-si axşama doğru şimal-qərb küləyi mülayimləşəcək. Aprelin 23-də isə mülayim şimal-qərb küləyi əsəcək.
Aprelin 21-i, 22-si, 23-də Bakıda 8-13 dərəcə isti olması gözlənilir.
Qeyri-sabit hava şəraiti bölgələrdə də hökm sürəcək. Aprelin 21-dən etibarən yağışlı hava şəraiti müşahidə olunacaq. Belə ki, 22-si və 23-də bölgələrdə yağış yağaçağı, şimşək çağacağı gözlənilir. Eyni zamanda bölgələrdə qərb küləyinın də ayrı-ayrı yerlərdə güclənəcəyi ehtimalı var. Ayın 23-də isə qərb küləyinin mülayimləşməsi müşahidə olunacaq.
Havanın qeyri-stabil keçməsinin əsas səbəbinə gəlincə, A.Verdiyev bildirib ki, bu, atmosfer cəbhələrindən asılıdır. Belə ki, tez-tez cənub-qərb küləyi şimal-qərb küləyi ilə əvəz olunur, elə yaxın günlərdə də bu müşahidə olunacaq. Yaxın 3 gün ərzində şimaldan ölkəmizə soyuq hava kütlələrinin daxil olması gözlənilir. Bu amil də öz növbəsində hava şəraitinin qeyri-sabit keçməsinə səbəb olur.
Son günlər dumanlı hava şəraitinin tez-tez müşahidə olunmasına gəlincə, müsahibimiz bildirib ki, havanın dumanlı olaması atmosferin yuxarı qatında olan yüksək temperaturla aşağı qatdakı temperaturun qarşılıqlı təsiri nəticəsində baş verib. A.Verdiyev bildirib ki, duman bu gün axşamdan etibarən çəkiləcək.
Sədaqət SÜLEYMANOVA