Azərbaycan Respublikası Prezidentinin İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə
sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
"Müəyyən edilsin ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş işin dövlət qulluğunun xüsusi növünə aid edilməsi, təhsil və səhiyyə müəssisələrinin növü və xüsusiyyətləri nəzərə alınmaqla, mərhələlərlə həyata keçirilir"-deyə sərəncamda qeyd edilib.
Modern.az