Modern.az

ADP sədri: “Əli İnsanov və Fərhad Əliyev bunu edə bilməz....”

ADP sədri: “Əli İnsanov və Fərhad Əliyev bunu edə bilməz....”

Ölkə

21 Aprel 2011, 16:35

“Azərbaycan siyasətində regional faktor öz əhəmiyətini itirib”. Bu sözləri Modern.az-a Azərbaycan Demokrat Partiyasını sədri Sərdar Cəlaloğlu son günlər siyasi mübarizədə yerlişilik prinsiplərindən istifadə barədə səslənən təklifləri şərh edərkən deyib.

Qeyd edək ki, bir sıra siyasi müşahidəçilər keçmiş səhiyyə naziri Əli İnsanovun və keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin şərti olaraq “ermənistanlılar” və “cənub” qrupu adlanan kəsimin lideri kimi ortaya çıxaraq siyasi mübarizəyə yön verə biləəcyini deyirlər. Bu zaman regional faktorun hakimiyyətə təzyiq faktoru kimi çıxış edəcəyi proqnozlaşdırılır.

S.Cəlaloğlunun sözlərinə görə, hakimiyyətin siyasi strukturu elə qurulub ki, nazir siyasi post sayılımır.
“Əli İnsanov və eləcə də Fərhad Əliyev sadəcə təsərrüfat rəhbərləri olublar. Azərbaycanda nazir vəzifəsi siyasi post yox, icraçı strukturdur. Odur ki, bu postu tutanların yerliçilik və siyasi proseslərə müdaxilə etmək imkanları məhduddur. Onlar müəyyən ətrafları üçün cazibədar görünə bilərlər. Amma bütöv region adından çıxış etmək və ona rəhbərlik etmək mümkün deyil”.

ADP sədri qeyd edib ki, siyasətdə bu gün regional faktora söykənmək istəyənələr yanılır. “İqtidarın özü belə artıq regional faktordan imtina edib. 90-cı illərin əvvələrində bəlkə də hakimiyyətin möhkəmlənməsi üçün bundan istifadə edilib. Amma indi regional kart əhəmiyyətini itirib”-deyə S. Cəlaloğlu vurğulayıb.

Modern.az 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı