Modern.az

Həmkarlar İttifaqları Konfederasiyasından BP-yə cavab: “Onlar deyəsən keçmişi unudurlar”

Həmkarlar İttifaqları Konfederasiyasından BP-yə cavab: “Onlar deyəsən keçmişi unudurlar”

Ölkə

22 Aprel 2011, 17:12

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasın sədri, millət vəkili Səttar Mehbalıyev mediaya açıqlamasında BP şirkətində çoxsaylı işçinin onlara müraciət edərək həmkarlar təşkilatı yarada bilmədiklərini bildirib.

“BP-də həmkarlar ittifaqının yaradılması üçün azərbaycanlı işçilərdən heç bir müraciət daxil olmayıb”. Bu sözləri isə Modern.az-a açıqlamasında “Britiş Petrolium” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı deyib. O, şirkətdə həmkarlar ittifaqının yaradılmasına ehtiyac duyulmadığını bildirib. “Bp şirkəti Azərbaycan işçilərinin sosial qayğılarına qalır, onlara şərait yaradır, vəzifələrini tam qoruyur, sosial hüquqlarını, özünün və ailəsinin sığortasını təmin edir, hamilə qadınlara güzəştlər edir” deyə əlavə edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasın aparat rəhbəri Həsən Cəfərov bu gün BP rəsmisinə cavab verib. Modern.az-la söhbətində H.Cəfərov bu cür açıqlamanı normal qəbul etmədiyini bildirib.
“Bu cür fikirlər yalnız həmin şirkətin rəsmi işçisinin çıxışı ola bilər. Onlar bilməlidirlər ki, BP-nin nəzdində fəaliyyət göstərən 400 podrat təşkilatında artıq həmkarlar ittifaqı yaranıb. İndi açıqlama veriblər ki, “bizdə həmkarlar ittifaqına heç bir ehtiyac yoxdu”. Həmin adam yəqin keçmişi unudub ki, orada keçirilən mitinqləri, işçilərin digər etiraz aksiyalarını... Mən hesab edirəm ki, Tamam Bayatılının bu cür açıqlama verməsi düzgün deyil”.

H.Cəfərov Azərbaycanda fəaliyyət göstərən digər xarici şirkətlərdə də həmkarlar ittifaqının yaradılmasına münasibət açıqlayıb. O qeyd edib ki, hər il 80 xarici şirkətdə həmkarlar yaradılır.
“Təbii ki, bizim üzvlərimizin sayının çoxalması, gücümüzün artması o deməkdi ki, biz bu işdə maraqlıyıq, çünki bu iş həm də işçilərin hüquqlarının müdafiəsi deməkdir. Biz bunun tərəfdarıyıq”.

Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı