Vergilər Nazirliyində buna hazırlıq gedir
Amma deyəsən tezliklə məsələ həllini tapacaq. Vergilər Nazirliyindən Modern.az saytına daxil olan məlumata görə, yaxın zamanlarda Azərbaycanda bütün ticarət obyektlərində kassa aparatları quraşdırılacaq. Məlumatda o da qeyd edilir ki, “Binə” və “Sədərək” ticarət mərkəzlərindəki mağazalarda da bu cür qurğular yerləşdiriləcək.
Yenilik şəhərdəki meyvə-tərəvəz satışı ilə məşğul olan mağazalara da şamil ediləcək.
Modern.az saytının əməkdaşı bununla bağlı daha ətraflı məlumat almaq üçün Vergilər Naziriliyinin Analitik informasiya mərkəzinə müraciət edib. Amma bizə verilə cavabda “belə bir təsnifat yoxdur” deməklə kifayətləniblər.
Kassa aparatlarının tətbiqindən sonra “Binə” və “Sədərək” ticarət mərkəzlərində, digər bazarlarda ticarətlə məşğul olanlardan yerpulu necə gəldi yığılayacaq.
Bu məsələ konkret olaraq nəzarətə götürüləcək.
Modern.az