Modern.az

Uşaq evində uşaqlara köhnə yeməklər verilirmiş

Uşaq evində uşaqlara köhnə yeməklər verilirmiş

Ölkə

26 Aprel 2011, 10:43


Gəncədəki uşaq bağçalarında ciddi nöqsanlar aşkarlanıb. Modern.az saytının məlumatına görə, bir neçə gün öncə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə şəhər Uşaq Evində olarkən oradakı şəraitdən  dəhşətə gəlib. Bundan sonra ötən gün Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri Gəncə şəhər uşaq evində yoxlamalar aparıb. Gəncə şəhər Təhsil İdarəsinin müdiri və İcra Hakimiyyətinin Maliyyə İdarəsinin rəisinin iştirakı ilə həyata keçirilən yoxlamalar zamanı Uşaq Evində bir sıra ciddi nöqsanlar aşkar edilib.
Belə ki, uşaqlara bir neçə gün əvvəldən qalan yeməklərin verildiyi, yataq dəstlərinin vaxtaşırı dəyişdirilmədiyi, eləcə də verilən ianələrin aktlaşdırılmadığı üzə çıxıb.
Uşaq evinin rəhbərliyi isə öz növbəsində bu nöqsanları qəbul etməyib. Yoxlamaların nəticələrinin yaxın günlərdə açıqlanacağı gözlənilir.


Xaliq Qurbanov
Gəncə

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı