Modern.az

ADU-nun ardınca hansı ali məktəb 4-cü kursda dövlət imtahanını ləğv edəcək?

ADU-nun ardınca hansı ali məktəb 4-cü kursda dövlət imtahanını ləğv edəcək?

Ölkə

28 Aprel 2011, 12:57

Azərbaycan Dillər Universitetində (ADU) təhsillə əlaqədar yenilik tətbiq edilib. Modern.az saytının məlumatına görə, ADU-nun rektoru Səməd Seyidov bildirib ki, IV kurslarda dövlət imtahanları və buraxılış işləri təhsil prosesində artıq öz aktuallığını itirib və tələbələrə problem yaradır. Dövlət imtahanı və buraxılış işlərinin ləğvi ilə əlaqədar Təhsil Nazirliyinə edilən müraciətlərə müsbət cavab verildiyini deyən S.Seyidov ilk olaraq ADU-da gerçəkləşən bu addımın tələbələrə xeyirli olacağını digər ali məktəblərə də göstərmək fikrində olduqlarını söyləyib.

Modern.az saytının əməkdaşı məsələ ilə bağlı bir neçə ali məktəblə əlaqə saxlayıb.
Azərbaycan Texniki Universitetin (AzTU) tədris işləri üzrə prorektoru Xalıq  Yahudov bildirib ki, AzTU hələki yaxın illərdə sözügedən yeniliyi tətbiq etmək haqda düşünmür.
“Bu məsələ sınaq kimi ilk olaraq Dillər Universitetində həyata keçirilib, uğurlu alınsa, ola bilsin gələcəkdə tədricən digər universitetlərdə də tətbiq olunsun”.

Bakı Slavyan Universitetinin (BSU) mətbuat xidmətinin rəhbəri Adil Əliyev də IV kurslarda dövlət imtahanları və buraxılış işlərinin ləğvinin nəzərdə tutulmadığını qeyd edib:
“Bu məsələ BSU-da rəhbərlik tərəfindən hələ rəsmi şəkildə müzakirə olunmayıb. Ona görə də bu barədə hər hansı bir münasibət bildirə bilmərəm”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tədris şöbəsinin əməkdaşı  Oruc Məmmədov bildirib ki, Akademiyada  4-cü kurs tələbələri yalnız buraxılış işi verirlər.
“Təhsil Nazirliyi dediyiniz yeniliyi ilk dəfə Dillər Universitetində sınaq məqsədilə həyata keçirir, əgər bu effekt versə, gələcəkdə digər ali məktəblərə də şamil oluna bilər”.

Mail Ağaxanov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı