Eldar Əzizov Sumqayıtda yeni icra başçısı kimi fəaliyyə başlayan kimi bu şəhərin simvolunun dəyişdirilməsinə qərar verildi. Hətta Şumqayıtın deputatları başçının bu addımına bəraət qazandırmaq üçün bu şəhərin simvolunun sovetlərdən qalma olduğunu dilə gətirdilər.
Ancaq deyəsən yeni başçısının bu sevdası alınmayıb.
Modern.az saytına açıqlamasında Sumqayıt şəhər İcra Hakimiyyətinin İctimai-siyasi şöbəsinin müdiri Seyfəddin Rəhimov şəhərin simvolunun dəyişilməsi ilə bağlı deyilənləri sadəcə söz-söhbət olduğunu bildirib. Onun sözlərinə görə, simvolun dəyişilməsi ilə bağlı deyilənlər yalandır:
“Əksinə şəhərdə abadlşama-təmir işləri gedir. Bir neçə iri proyektlərimiz var ki, bunlar da şəhərin gözəlləşməsinə xidmət edir” deyən S.Rəhimov icra başçısı Eldar Əzizovun bu istiqamətdə çıxışını da eşitmədiyini qeyd edib.
Bir daha xatırladaq ki, bir müddət əvvəl Sumqayıtın yeni icra başçısı Eldar Əzizov keçirdiyi iclasda şəhərin girişindəki simvolun nə məna verdiyi anlaşılmadığını və tezliklə şəhərin yeni simvolunun yaradılmasını bildirmişdi. O, hətta simvolun seçiminin müsabiqə yolu ilə də aparıla biləcəyini vurğulamışdı.
İcra başcısı Eldar Əzizovun şəhərin girişində yerləşən abidənin dəyişdirilməsi ilə bağlı fikirlərini bu şəhərdən olan millət vəkili Leyla Abdulayeva da dəstəkləmişdi.
Aytən ƏLIYEVA