Modern.az

Muğam müsabiqəsinin daha bir iştirakçısı yarışmanı tərk etdi

Muğam müsabiqəsinin daha bir iştirakçısı yarışmanı tərk etdi

Ölkə

29 Aprel 2011, 12:03

AzTV-də və “Mədəniyyət” kanalında canlı yayımlanan “Muğam televiziya müsabiqəsi 2011” artıq 12-ci həftədir ki, davam edir.
Modern.az-ın məlumatına görə, fevralın 14-dən başlayaraq Beynəlxalq Muğam Mərkəzində keçirilən yarışmada 11 iştirakçı qalıb.
Təşkilatçıların verdiyi məlumata görə, müsabiqənin növbəti mərhələsi aprelin 28-də yekunlaşıb. Ötən gecəki turda müsabiqənin şərtlərinə uyğun olaraq ən az xal toplayan iştirakçı yarışmanı tərk edib. Bu, Elsevər Muradovdur.
“Muğam televiziya müsabiqəsi 2011” Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.
Növbəti tur mayın 3-5-də keçiriləcək.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı