Modern.az

Misir Mərdanov: "Təhsil haqları artırılacaq"

Misir Mərdanov: "Təhsil haqları artırılacaq"

Ölkə

29 Aprel 2011, 14:01

2011-2012-ci il tədris ili üzrə ali məktəblərin dövlət sifarişli ixtisasları üzrə təhsil haqlarının artırılacağı gözlənilir. Modern.az saytı xəbər verir ki, bu barədə jurnalistlərə təhsil Naziri Misir Mərdanov açıqlama verib. M.Mərdanov bildirib ki,  bu artımın nə qədər olacağı hələlik bilinmir, amma, dövlət sifarişli ixtisaslar üzrə təhsil haqları ödənişli əsaslarla olan ixtisaslar üzrə təhsil haqqından az olmamalıdı.

Təhsli naziri Maliyyə Nazirliyi tərəfindən  bu məsələnin nəzərə alınacağına ümid etdiyini bildirib.

M.Mərdanov onuda qeyd edib ki, artıq Nazirlər Kabineti növbəti tədris ili üçün ali məktəblərə qəbul planını təsdiqləyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı