Modern.az

Dövlət Baytarlıq Xidmətinin işçisi həlak olub

Dövlət Baytarlıq Xidmətinin işçisi həlak olub

Ölkə

2 May 2011, 11:23

Daşkəsən-Xoşbulaq yolunda insan təlafatı ilə nəticələnən ağır yol qəzası baş verib. Daşkəsən-Xoşbulaq yolunun 2-ci kilometrliyində baş verən hadisə nəticəsində Asif Tağıyevin idarə etdiyi VAZ 2107 markalı 16 BB 243 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq 53 metr sərt uçurumdan yuvarlanaraq gölə düşüb. Daşkəsən rayon polis şöbəsindən verilən məlumata görə, sürücü avtomobildə idarəetməni itirib və öz yolundan çıxaraq yolun sol tərəfindəki uçurumdan Daşkəsən Filizşaflaşdırma ASC-nin süni yaratdığı gölə düşüb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin “Atran” dalğıc axtarış qrupunun əməkdaşları cəlb olunub. Lakin göldə suyun həddindən artıq bullanıq olması avtomobil və sürücünü axtarışlarını bir neçə saat ləngidib. Nəhayət bazar günü saat Asif Tağıyevin meyiti və avtomobil gölün 5 metr dərinliyindən çıxarılıb. Çıxarılan maşın və meyit ekspertizadan keçirilib. Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsilə iş açılıb istintaq aparılır.
Məlumata görə 1986-cı il təvvəlüdlü Daşkəsən rayon sakini Tağıyev Asif Akif oğlu Dövlət Baytarlıq Xidmətinin əməkdaşıdır.

Xaliq Qurbanov
Gəncə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı