Gəncə Nizami Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Ədalət Həsənovun oğlu oğurluq üstündə həbs edilib. Bu barədə Modern.az-ın Gəncə müxbiri məlumat verib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin saytında yerləşdirlimiş məlumata görə, Kəpəz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Məhəbbət Məmmədovanın evindən 1 ədəd videomaqnitofon, geyim və ev əşyaları oğurlayan Gəncə şəhər sakinləri Elmin Bayramov, Orxan Həsənov, Tural Cəfərov və əvvəllər məhkum olunmuş Bəxtiyar Məmmədov tutulublar.
Onların ətraflarında aparılan əməliyyat tədbirləri nəticəsində adıçəkilən şəxslərin cari ilin mart ayının 2-dən 5-dək olan müddət ərzində Gəncə şəhər sakini Faiq Həsənovun evindən qızıl əşyaları oğurlamaları da müəyyən edilib.
Ələ keçən dəstə üzvlərindən Orxan Həsənovun Gəncə şəhəri, Nizami Rayon Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Ədalət Həsənovun oğlu olduğu üzə çıxıb. Bundan sonra Ə.Həsənov tutduğu vəzifədən çıxarılıb.
Modern.az