Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Bakı şəhərinin hansısa bir yerindən Heydər adına Beynəlxalq Hava Limanına ictimai nəqliyyatın işləməməsinin səbəblərinə aydınlıq gətirilməsi üçün nəqliyyat naziri Ziya Məmmədova müraciət ünvanlayıb.
Nazir deputatın müraciətinə hələki cavab verməyib.
Modern.az saytı da bu müraciətdə qaldırılan məsələnin səbəbi ilə bağlı Nəqliyyat Nazirliyinin nəzdindəki "Bakısərnişinnəqliyyatı" MMC-dən açıqlama istəyib.
"Bakısərnişinnəqliyyatı"nın mətbuat xidmətinin rəhbəri Samir Həsənov Bakıda sərnişindaşıma ilə dövlət qurumları yox, özəl sahibkarlar məşğul olur.
“Biz bu barədə sahibkarlara müraciət etmişik. Müraciətlər olarsa, biz onları ilk növbədə araşdıracağıq. Əgər təkliflər bizim tələblərə uyğun olarsa, onda icazə veriləcək ki, Hava Limanına sərnişinlər aparmaq üçün avtobus ayrılsın” deyən mətbuat xidmətinin rəhbəri hələki belə mürciətin olmadığını qeyd edib.
“Ona görə Hava Limanına avtobus reyslərinin nə vaxt açılacağı barədə vaxt demək hələ tezdir”.
S.Həsənov beynəlxaq Hava Limanına avtobus reyslərinin ayrılmasının Nəqliyyat Nazirliyi tərəfindən istənilməməsinin həqiqət olmadığını vurğulayıb.
Aytən ƏLIYEVA