Məşhur azərbyacanlı biznesmen və mügənni Emin Agalarovun "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsində uşaqları barədə şərh yazılıb
“Krokus” şirkətinin prezidenti Araz Ağalarovun oğlu Emin Ağalarov özünü həm biznes, həm də musiqidəki naliyyətləri ilə tanıda bilib. Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva ilə evli olan Eminin bu evlilikdən Əli və Mikayıl adlı əkiz oğlanları var.
Modern.az-ın əməkdaşı xəbər verir ki, bu günlərdə Emin Ağalarov “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində uşaqları barədə maraqlı şərh yazıb.
Sosial şəbəkədə yazdığı şərhlərdə uşaqları barədə hərarətlə qeydlər qoyan Emin oğlanlarının çox gülməli və çevik olduqlarını yazıb.
“Uşaqlar çox gülməlidirlər. Əlimizdən tutub “ata”, “ana” deyə danışırlar. Öz aralarında isə bir-birilərini “qaqa” deyə çağırırlar. Yəqin “qaqaş” sözündən götürüblər. Uşaqlarım çox diribaşdırlar. Ən şən, gülməli, isti keçirdiyim anlar uşaqlarımla keçirdiyim dəqiqələrdi”-deyə Emin Ağalarov yazıb.
Qeyd edək ki, Moskvada Emin Ağalarovun növbəti klipinin çəkilişləri başlanıb. Məşhur klip rejissoru Fil Qriffin Eminin iki mahnısına klip və onun haqqında qısametrajlı sənədli filmini çəkir. Bu barədə Emin Ağalarovun rəsmi saytı məlumat yayıb.
“Emin həftədə 15-20 saat kamera qarşısında olacaq. Belə ki, onun oxuduğu “Falling” və Böyük Britaniyada hitə çevrilən “Any Time You Fall” mahnısının videoklipləri çəkiləcək. Bununla paralel olaraq qısametrajlı filmin foto və video çəkilişi aparılacaq”-deyə məlumatda qeyd edilir.
|
|
|
|