Modern.az

Koroğlunun Bakıda qoyulacaq abidəsinin yeri məlum oldu

Koroğlunun Bakıda qoyulacaq abidəsinin yeri məlum oldu

Ölkə

3 May 2011, 15:35


Modern.az
saytının məlumatına görə, nəhayət Bakı şəhərində Azərbaycanın əfsanəvi xalq qəhrəmanı Koroğluya qoyulacaq abidənin yeri məlum oldu. 
Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və onların adlarının daim yad edilməsinin gənc nəslin mədəni-tarixi irsə bağlılıq ruhunda tərbiyə olunması baxımından müstəsna əhəmiyyətini nəzərə alaraq ölkə prezidenti İlham Əliyev  hələ 2009-cu il dekabrın 3-də  Koroğluya Bakıda abidə qoyulması haqda sərəncam imzalayıb.

2010-cu il yanvarın 21-də İlham Əliyev heykəltəraş Tokay Məmmədovun emalatxanasına baş çəkərək heykəlin maketi ilə tanış olub.

24 dekabr 2010-cu il tarixdə bu məsəlyə dair növbəti sərəncam imzalanıb. Sözügedən sərəncamda bildirilib ki, xalq qəhrəmanı Koroğlu milli-mənəvi dəyərlərin daşıyıcısına çevrilərək əsrlərdən bəri insanlarımızın yaddaşına vətənpərvərliyin və mübarizliyin rəmzi kimi həkk olunub. Buna görə də  Bakı şəhərində xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 5 (beş) milyon manat məbləğində vəsait  ayrılıb.

Modern.az saytının əməkdaşının araşdırması nəticəsində məlum olub ki, Koroğluya qoyulacaq abidənin yeri artıq dəqiqləşib. Bura Bakı Zooparkının yaxınlığındakı keçmiş Caparidze bağıdır. Vaxtilə 26 Bakı komissarlarından olan Caparidzenin heykəli ucalan bağ bir neçə il öncə keçmiş kommunaçıdan “azad edildi” və bu yaxınlarda orada əsaslı yenidənqurma işləri aparıldı.

İndi həmin məkan yenidən hasara alınır. Əməkdaşımız bunun səbəbini araşdırıb. Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət şöbəsinin əməkdaşı Qalib Qasımov Modern.az-a bildirib ki, sözügedən parkda Azərbaycanın xalq qəhrəmanı Koroğluya abidə qoyulması planlaşdırlır və həmin məkanın hasarlanması da bununla əlaqədardır.

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı