“İşğal olunmuş ərazilərlə bağlı Milli Məclisdə qanun layihəsi hazırlanmalı və qəbul edilməlidir. Əks halda gələcəkdə biz erməni vəhşiliyini sübut edə bilmərik”. Bu sözləri Modern.az saytına Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, sabiq millət vəkili Həvva Məmmədova deyib. Onun sözlərinə görə, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının sərvətlərini talaması faktını dünyaya çatdırmaq üçün qanun qəbul etmək vacibdir.
“Kəlbəcərin qızıl yataqları ermənilər tərəfindən talan edilir. Bütün bunları dünyaya çatdırmaq üçün qanun lazımdır. Bizim parlamentarilər digər ölkələrin parlamentarilərinə həmin sənədləri təqdim etməlidir. Əks halda, biz gələcəkdə bütün bu məsələləri sübut edə bilmərik. Ermənilərin Azərbaycan torpaqlarını talan etməsi ilə bağlı sərt addımlar atmaq lazımdır”.
Hər il torpaqlarımızın işğal tarixini ağrı ilə qeyd etdiyini deyən H.Məmmədova erməni lobbsisindən danışıb: “Onlar yalanlarını beynəlxalq təşkilatların diqqətinə çatdırmaq üçün çox çalışırlar. Bu gün erməni lobbisi dünyada öz güçü ilə seçilir. Düzdür, ilk vaxtlar bizim fəaliyyətimiz onlarla müqayisə geri qalırdı. Amma indi Azərbaycan siyasəti də onlardan geri qalmır. Bütün beynlxalq qurumlar Azərbaycan və Ermənistan reallıqlarını bilir. ATƏT-in zəif fəlaiyyət göstərməsinə baxmayaraq, o da erməni reallığını bilir. Heydər Əliyevin hakiməyyətə gəlməsi Azərbaycan həqiqətlərini dünyada tanınmasına səbəb oldu”.
İndi ermənilər türk tarixçilərinin təklifini rədd edir: “Qondarma soyqırımla bağlı türk tarixciləri erməniləri dəvət edir ki, tarixi faktlar açılsın. Amma, onlar bunu min bəhanə ilə rədd edirlər. Çünki onlar yalnız yalana söykənirlər. Bu gün azərbaycanlıların ən böyük silahı tarixi faktlardır. Biz bu tarixlə yaxşı silahlanmalı və mübarizə apatrmalıyıq”.
Sədaqət SÜLEYMANOVA