Modern.az

Mal əti bahalaşıb: satıcılar süni qiymət artımından şikayət edir…

Mal əti bahalaşıb: satıcılar süni qiymət artımından şikayət edir…

Ölkə

4 May 2011, 14:42

Bu gün Bakının bir sıra ət satılan mağazalarında mal ətinin qiymətində artım müşahidə olunub. Modern.az-ın əməkdaşı ətin qiymətinin artımının şahidi olub. Belə ki, əvvəllər 7 manata satılan dana əti indi 7 manat 80 qəpiyə satılır. Satıcılardan ətin bahalaşmasının səbəbini öyrəndikdə isə onlar bildiriblər ki ətin qiymətinin qalxması suni artımla bağlıdır.
“Mal əti satanlar ətin kilosunun qiymətini qaldırdığı üçün biz də belə baha satırıq”-deyə adının çəkilməsini istəməyən qəssab bildirib.

Modern.az olaraq ətin suni artmının səbəbini öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ətin qiymətində bahalaşma müşahidə etmədiklərini və bu xəbərin onlar üçün yeni olduğunu bildirib.

“Ət yenə əvvəlki qiymətə, yəni dana əti 5-6 manata, quzu əti 6 manat və ya 6 manat 50 qəpiyə satılır. Özüm də dünən bir-iki yerdə maraqlandım və belə artım müşahidə etmədim” deyən mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, ətin qiymətində hər hansı artım gözlənilmir.

“Sabah 5-6 bazarda monitorinq aparacağıq. Yalnız bundan sonra bu barədə dəqiq məlumat vermək olar”-deyə M. Hacıyev vurğulayıb.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı