Modern.az

Arzu Səmədbəyli: “Müsavat Partiyasının qurultayı təxirə salınmaycaq”

Arzu Səmədbəyli: “Müsavat Partiyasının qurultayı təxirə salınmaycaq”

Ölkə

4 May 2011, 16:21

“Müsavat Partiyasının qurultayı rayon təşkilatlarının konfransları başa çatdıqdan dərhal sonra keçiriləcək. Hələlik bu istiqamətdə işlər davam edir”.
Bu sözləri Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli partiyanın VIII qurultayı ilə bağlı ən son məlumatları Modern.az saytına şərh edərkən deyib. O, bildirib ki, partiyanın rayon təşkilatlarının konfransları yekunlaşmadığı üçün qurultayın nə zaman keçiriləcəyi bəlli deyil:

“Qurultayının nə zaman keçiriləcəyini rayon təşkilatlarının konfransları yekunlaşandan sonra söyləmək olar. Hələki konfranslar keçirilir. Konfransların nə zaman yekunlaşacağını əvvəlvədən söyləmək mümkün deyil. Əlbəttə biz də istərdik ki, bu konfranslar tez yekunlaşsın. Deyə bilərəm ki, konfranslar yekunlaşdıqdan sonra qurultay keçiriləcək. Hələlik yekunlaşmayıb və bu istiqamətdə proseslər davam edir. Qurultayın nə zaman keçirilməsi ilə bağlı dəqiq məlumat yoxdur”.

Qeyd edək ki, qurultayın keçirilməsi ilə bağlı Müsavat Partiyasında hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Təşkilat Komitəsinin sədri seçilib.

Anar Rüstəmov

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı