Modern.az

Bir ayda səhiyyə nazirinə 572 şikayət edilib

Bir ayda səhiyyə nazirinə 572 şikayət edilib

Ölkə

4 May 2011, 17:50

Səhiyyə Nazirliyin “Qaynar xətt” xidmətinə aprel ayı ərzində 1292 müraciət daxil olub. Bu barədə  Modern.az saytına nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin 572-si şikayət xarakterli, 407-si  sorğu xarakterli, 75-i isə aidiyyəti üzrə olmayan müraciətlərdir:

““Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb”-deyə bildirilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyin “Qaynar xətt” xidmətinin nömrəsi 565-12-64-dir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı