Baş Prokurorluqda kadr dəyişiklikləri olub. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Anar Məmmədov Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin rəisi təyin edilib. Siyəzən rayon prokuroru Niyaz Məmişov isə Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Modern.az