Modern.az-ın məlumatına görə, bu gün ATƏT-in Bakı Ofisi Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlaması məqsədi ilə mətbuat konfransı keçirib.
ATƏT-in Bakı Ofisi rəhbərinin müavini Melissa Ston Azərbaycanda insan alverinə qarşı mübarizənin vəziyyəti ilə bağlı məlumat verib. “İnsan alverinə qarşı mübrizə həftəsinə həsr olunmuş bu kampaniya Azərbaycan hökuməti və onun tərəfdaşlarına bu mübarizədə səyləri səfərbər etmək və ictimai məlumatlandırmanı artırmaq imkanı yaradacaq. İnsanlar arasında maarifləndiməninin artırılması insan alveri ilə məşğul olanların həyata keçirdiyi mənfi təcrübə və üsullar haqqında potensial qurbanları xəbərdar etmək və bunun qarşısını almaqdan ibarətdir”-deyə xanım Melissa Ston bildirib. O qeyd edib ki, kampaniya çərçivəsində “Qaynar xətt”ə 500-dək zəng daxil olub. “Bu problem təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bütün ölkələrində mövcuddur”.
Tədbirdə DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov qurum tərəfindən bu sahədə görülən işlərdən daışıb. O qeyd edib k, Azərbaycanda insan alverinə qarşı birgə görülən işlər müsbət nəticələrə gətirib çıxaracaq: “Bildiyiniz kmi insan alverinin qurbanlarına dövlət tərəfindən maddi yardım 33 manatdan 200 manata qaldırlıb. Bu məbləğ də birdəfəlik müavinət şəklində verilir. Ehtimal var ki, bu məbləğin yaxın vaxtlarda artırılacağı gözlənilir.
2010-cu ildə insan alverinə qarşı mübarizə sahəsində 70 cinayət faktı qeydə alınıb. Bu istiqamətdə görülən tədbirlər nəticəsində 39 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub. 20-dən çox potensial qurbana sığınacaq verilb, 31 qurban işlə təmin olunub”. İ.Nəcəfov bildirib ki, ötən il insan alverinin qurbanları üçün açılmış “Qaynar xətt”ə 13699 zəng daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Şahin Qocayev bildirib ki, bu ilin birinci rübündə Azərbaycanda insan alveri ilə bağlı 43 cinayət faktı aşkarlanıb. Onun sözlərinə görə, bu müddətdə 18 insan alveri qurbanı müəyyən edilib. İnsan alverinə görə, 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Daha sonda tədbirdə “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliynin rəhbəri Əlövsət Əliyev, Beynəlxalq Əmək Təşklatın layihə rəhbəri Elnur Nəsibov çıxış edərək kampaniyanın əhəmiyyətindən söz açıblar.
Anar Rüstəmov