Modern.az

Dəfn üçün müavinətin ödənişi necə hesablanır?

Dəfn üçün müavinətin ödənişi necə hesablanır?

Ölkə

5 May 2011, 13:30


Azərbaycanda işləyənlərin sosial müdafiəsi məcburi sosial sığortalanması əsasında aparılır.
“Ona görə də şəxs işləməyə başlayarkən
  - mütləq "Əmək müqaviləsi" imzalamalı;
 - aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı;
- işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır”-deyə
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az saytına bildirilib.

Fonddan saytımıza verilən açıqlama da qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, işəgötürənlə işçi arasında "Əmək müqaviləsi" tərtib olunarkən işçi dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim etməlidir. Bu o deməkdir ki, işləyən vətəndaşlar iş yerində əmək müqavilələrinin bağlanması zamanı son dərəcə diqqətli olmalıdırlar və "Əmək müqaviləsi" tərtib edilərkən işəgötürən tərəfindən dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsinin dəqiq göstərilməsinə çalışmalıdırlar.

Bununla sosial sığortaolunan şəxslər həm də qanunvericiliyin verdiyi üstünlüklərdən bəhrələnmək imkanı əldə edirlər. Xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilən şəxslər sosial risklərlə qarşılaşdıqda (əlil olmaq, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq və s.) sosial sığorta ödəmələrini almaq hüququna malik olurlar.
Bunlardan biri də dəfn üçün müavinətdir.

Dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir.  Əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər (sığortaolunanlar) və eləcə də əmək pensiyaçıları vəfat etdikdə qanunvericiliklə müəyyən edilmiş şəxslərin həmin şəxslərə görə dəfn üçün müavinət almaq hüququ var.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Modern.az saytına bildirilib ki, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir:  

“Yəni indi pensiyanın baza hissəsinin məbləğinin 85 manat olduğunu nəzərə alsaq, bu 255 manat edir. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir.

Dəfn üçün müavinət işçi vəfat etdikdə və ya onun himayəsində olan ailə üzvlərinə verilir.  Bu qəbildən olan vətəndaşlara dəfn üçün müavinətin məbləği “Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2010-cu il tarixli Fərmanına uyğun olaraq 100 manat müəyyən edilib.

Dəfn üçün müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır”.

Sədaqət Süleymanova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı