Modern.az

İsa Qəmbərin oğlu xəstəlik üzündən ordudan tərxis edilib

İsa Qəmbərin oğlu xəstəlik üzündən ordudan tərxis edilib

Ölkə

5 May 2011, 19:39

4 ay öncə əsgərliyə çağırılan və Azərbaycanda mitinqlərin başlanmasından sonra ön xəttə aparılan Müsavat başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbər bugünlərdə ordudan tərxis edilib. Bu barədə “musavat.com” məlumat yayıb. Modern.az sayta istinadən bildirir ki, buna səbəb ağır vəziyyətdə gətirildiyi hərbi hospitalda bir neçə həftəlik müalicəyə baxmayaraq sağlamlığının bundan sonra ordu sıralarında xidmətə imkan verməməsidir.
“Hərbi qaynaqlardan aldığımız məlumata görə, İlkin Qəmbərin səhhəti ilə bağlı bir neçə dəfə həkimlərin konsiliumu keçirilib. Belə məlum olub ki, İlkin Qəmbər səhhətindəki problemlərə görə ümumiyyətlə ordu sıralarına aparılmamalıydı. Üstəlik, onu Şəmkirdəki hərbi hissədən cəbhənin ön xəttinə aparmaqla sağlamlığına ciddi problem yaradılıb”-deyə yazıda qeyd olunur..

Bəzi iddialara görə, İlkin Qəmbərin ön xəttə keçirilməsi Azərbaycanın müxalifət lideri olan atası İsa Qəmbərə təzyiq etmək məqsədi ilə həyata keçirilib.    
İlkin Qəmbərin ordu sıralarından tərxis olunması xəbərini onun ailə üzvləri də təsdiqləyiblər. Ailəsindən müxbirimizə verilən məlumata görə, İlkin Qəmbərin xəstəliyi artıb. Hospitalda 20 gün ərzində aparılan müalicə onun həyatına birbaşa təhlükəni aradan qaldırsa da, İlkin Qəmbərin əlavə və ciddi müalicə almasına ehtiyac var: “Bu müalicə ya xarici ölkələrdən birində, ya da Azərbaycanda həyata keçiriləcək”.
Müxbirimizin “oğlunuzun bu vəziyyətə salınmasına görə məhkəməyə müraciət edəcəksinizmi” sualına İlkin Qəmbərin ailəsindən belə bir cavab verilib: “Bu barədə düşünürük, lakin hələlik qəti bir qərarımız yoxdur”.
Qeyd edək ki, İlkin İsa oğlu Qəmbər 1987-ci ildə Bakıda anadan olub. Ali təhsillidir. Bu ilin yanvar ayında Nəsimi rayon komissarlığı tərəfindən ordu sıralarılna çağırılıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı