Modern.az

Yol Polisinin 6 rüşvətxor əməkdaşı işdən qovuldu

Yol Polisinin 6 rüşvətxor əməkdaşı işdən qovuldu

Ölkə

16 May 2011, 17:16

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin əmrləri ilə Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub, 5 əməkdaş isə intizam məsuliyyətinə cəlb edilib. Bu barədə Baş DYP İdarəsinin ictimayətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumatda bidirilib.
Məlumata görə, Baş DYP İdarəsi rəhbərliyinin müvafiq əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilən  tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 6 əməkdaşı xidmətdən xaric olunub, xidməti vəzifələrinin icrasında nöqsanlara yol verən  5 əməkdaş isə intizam məsuliyyətinə cəlb edilib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı