Şuşan Petrosyan Azərbaycanın qalib gəldiyinə pəjmurdə olub və Eldar və Nigarın ifadə etdiyi duelə münasibət bildirməkdən imtina edib
Erməni müğənnisi Şuşan Petrosyan Ermənistanı Bakıda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak etməkdən imtina etməyə çağırıb. Modern.az erməni internet resurslarına istinadən bildirir ki, Petrosyan jurnalistlərə açıqlamasnda Azərbaycanda keçiriləcək yarışa qatılmağın əlehinə çıxıb.
“Mən bir erməni qadını və ana kimi Ermənistan nümayəndəsinin Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsinə qatılmasının əleyhinyəm”-deyə o vurğulayıb. Petrosyanın sözlərinə görə, əvvələr o növbəti il müsabiqəyə erməni rok-qrupu "Dorians”ın getməsini dəstəkləyib. Amma Azərbaycanın qalib gəldiyini biləndən sonra pəjmurdə olub.
Petrosyan həmçinin Eldar və Nigarın ifadə etdiyi duelə münasibət bildirməkdən imtina edib. O qeyd edib ki, bu barədə onun deməyə sözü yoxdur.
Qeyd edək ki, Şuşan Petrosyan Ermənistanda iqtidarın sevimli müğənnilərindən hesab edilir. Erməni muxalifəti onu “saray müğənnisi” adlandırırlar. O Ermənistan prezidenti Serj Sarksiynın sevdiyi muğənnidir.
Modern.az