Modern.az

Abituriyentlərin sınaq imtahanlarının nəticələri açıqlandı

Abituriyentlərin sınaq imtahanlarının nəticələri açıqlandı

Ölkə

19 May 2011, 12:54

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 15-də keçirilən sınaq imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə TQDK-nın mətbuat xidmətindən Modern.az saytına məlumat verilib.

İmtahanların nəticələri TQDK-nın saytında (burada - //www.tqdk.gov.az/sinaqnetice/) yerləşdirilib.

Qeyd edək ki, TQDK 2011-ci il mayın 15-də  Bakı, Naxçıvan, Gəncə Sumqayıt, Mingəçevir, Şəki, Ağstafa, Gədəbəy, Şirvan, Lənkəran, Quba, Masallı, Salyan, Balakən, Qax, Ağcabədi, Göyçay, İsmayıllı şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Sədərək, Şərur və Şahbuz rayonlarında  sınaq imtahanı keçirib.

Xatırladaq ki, abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə də əldə edə bilərlər. Belə ki, Azercell və Bakcell mobil operatorunun istifadəçiləri olan abituriyentlər də iş nömrələrini 7727 nömrəsinə göndərmələklə imtahan nəticələrini haqda məlumat ala bilərlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı