Tələbə Qəbulu üzrə Dövlət Komisiyası (TQDK) rus bölməsi abituriyentlərinin Azərbaycan dilindən test imtahanına buraxılış vərəqəsini artıq öz internet səhifəsində yerləşdirib. TQDK-nın mətbuat xidmətindən Modern.az saytına bildirilib ki, rus bölməsinin abituriyentləri Azərbaycan dilindən test imtahanına buraxılış vəsiqəsini TQDK-nın internet saytına www.tqdk.gov.az/bvali2011/ daxil olmaqla əldə edə bilərlər.
Qeyd edək ki, rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənnindən ilk imtahan mayın 22-də keçiriləcək. TQDK-nın məlumatına görə, indiyədək 10454 abituriyentin ərizəsi təsdiqlənib
Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə – 2011-ci il mayın 22-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 26-da isə yalnız Bakı şəhərində keçiriləcək.
Modern.az