Modern.az

Bakıda avtomobil oğruları tutuldu

Bakıda avtomobil oğruları tutuldu

Ölkə

15 Avqust 2017, 14:13

Avqustun 11-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Fərhad Seyidova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Əziz Paşayev tutulub.

 

Bundan başqa, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Bakı şəhər sakini Ceyhun Cabbarlıya məxsus “Nissan” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini Elnur Şahbazov saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hamının gözlədiyi an! Ərdoğan Bakıda hansı mesajları verəcək?