Modern.az

Bakının bu hissəsi yenə qazsız qaldı

Bakının bu hissəsi yenə qazsız qaldı

Ölkə

16 Avqust 2017, 10:38

Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İstehsalat Birliyindən Modern.az-a verilən məlumata görə, qaz xətlərinin kipliyə sınaq olunması ilə əlaqədar avqustun 16-da saat 10:00-dan 17:00-dək Bakının Xətai rayonunun Babək prospektində, həmçinin Yusif Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

 

İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!