Təxminən 4 ay boş qalan Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsinə yeni rəhbər təyin edilib. Bu barədə adıçəkilən Mərkəzdən Modern.az-a məlumat veriblər. Məlumata görə, bu ilin fevralından boş qalan direktor vəzifəsinə İlqar Əhmədov təyin edilib. O, Kürdəmir rayon Gigiyena və Epidemialogiya Mərkəzinin direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, buna qədər direktor vəzifəsini müavin Hüriyyət İsmayılova əvəz edirdi.
Xaliq Qurbanov
Gəncə